Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-profilaktiki tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cocuq Mərcanlı kəndi ərazisindəki nəzarət postunda “Shacman” markalı nəqliyyat vasitəsinə “saxla” işarəsi verilib.
Nəzarət qaydasına uyğun olaraq nəqliyyat vasitəsinə baxış keçirilib və yük yerindən 10 tona yaxın metal qalıqları aşkar edilib.
Faktla əlaqədar Kəlbəcər rayon sakini Qərib Bayramov və Füzuli rayon sakini Namiq Səfərli saxlanılıblar.
Məhkəmənin qərarı ilə Q.Bayramov 10, N.Səfərli səkkiz sutka müddətinə inzibati qaydada həbs ediliblər.