“Bakı Metropoliteni” QSC metronun “28 May” stansiyasında baş verən ölüm hadisəsi ilə bağlı açıqlama verib.
QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə bu gün səhər saat 08:10 radələrində baş verib:
“Bir nəfər sərnişin qatarda özünü pis hiss edib. Həmin şəxs stansiyanın platformasına çıxarılıb və təcili tibbi yardım çağırılıb. Lakin onun həyatın xilas etmək mümkün olmayıb. Vəfat edən şəxs yaşlı kişidir”.
09:04
Bakı metrosunun “28 May” stansiyasında ölüm hadisəsi baş verib.
Hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Ölən şəxsin kişi olduğu bildirilir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatı təsdiqləyib:
“Hadisə barədə ətraflı məlumat veriləcək”.