Bakıda məktəbli qız dəm qazından BOĞULDU

0
318

Bakıda dəm qazından zəhərlənmə nəticəsində ölüm hadisəsi baş verib.

Hadisə noyabrın 29-da paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi Sovxoz adlanan ərazidə qeydə alınıb. 13 yaşlı Həsənli Fatimə Ramin qızı dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Onun 8-ci sinif şagirdi olduğu bildirilir.

Hazırda faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.