Bakıda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

0
284

Bakı şəhərinin Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli binanın ikinci mərtəbəsinin pilləkən qəfəsində elektrik kabeli 10 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, yanğın zamanı tüstü dolmuş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.