Səhiyyə nazirinin birinci müavini: “Bütün statistik göstəricilər şəffafdır”

0
280

“COVID-19 səhiyyə sisteminə təzyiqlər göstərməkdədir. Yüksək gəlirli ölkələrdə 100 nəfərə 133 doza düşürsə, aşağı təminatlı ölkələrdə 100 nəfərə 4 doza düşür. Belə bir şəraitdə pandemiyanı idarə edə bilməyəcəyik və pandemiyanın dalğalarına düşəcəyik”.

Bunu səhiyyə nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Teymur Musayev VIII Qlobal Bakı Forumunda panel müzakirələrində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan zamanında lazımi miqdarda vaksinlər alıb. 

“Bu ilin 18 yanvar tarixindən Azərbaycanda vaksinasiyaya başlanılıb. Bütün statistik göstəricilər şəffafdır. Vaksin olunan, koronavirusa yoluxan və sağalanların sayı təhlil edilir və açıq bildirilir. Artıq üçüncü dozanın da tətbiqinə başlanılıb”, – deyə T.Musayev əlavə edib.