Ukrayna Silahlı Qüvvələrinin (VSU) Hərbi Hava Qüvvələri 17 oktyabr gecəsi bir dənə də olsun ballistik raketi vura bilmədiyini etiraf edib.
Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb. Sayt qurumun mətbuat xidmətinə istinad edib.
Qeyd edilib ki, oktyabr 17-də Ukrayna Hərbi Hava Qüvvələrinin “Telegram” kanalında Ukraynadakı hədəflərə atılmış və vurulmuş raketlərlər, dronların siyahısını əks etdirən bir paylaşım dərc edilib.
“Növbəti dəfə Ukrayna Hərbi Hava Qüvvələri bir dənə də olsun ballistik raketin uğurlu şəkildə vurulması barədə məlumat verməyib. Atılan bu cür sursatların sayı barədə də məlumat göstərilməyib”,- nəşr yazıb.



