Bakıdakı “Böyük Dəbilqə”nin mükafat fondu bilindi – FOTO

0
326

5-7 noyabr tarixlərində Bakıda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirinin mükafat fondu bəlli olub.

Bu məbləğ 154 min avrodur.

Xatırladaq ki, sonuncu dəfə Bakıda 2019-cu ilin 10-12 may tarixlərində keçirilmiş və Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük Dəbilqə” turnirinin də mükafat fondu eyni olub. Onda 57 ölkədən 431 cüdoçu (256 kişi, 175 qadın) mübarizə aparıb.

Müqayisə üçün bildirək ki, budəfəki yarış üçün 29 ölkənin 197 cüdoçusu (129 kişi, 68 qadın) qeydiyyata alınıb. Pandemiyaya görə tamaşaçısız keçiriləcək yarışda Azərbaycanı meydan sahibi kimi hamıdan çox cüdoçu təmsil edəcək. 33 cüdoçu – 25 kişi və 8 qadın idmançı Azərbaycan üçün mübarizə aparacaq.