Kağız reseptlərə ƏLVİDA: Azərbaycanda elektron resept sistemi yaradılacaq

0
326

“Dərman vasitələrinin ölkədə dövriyyəsində rəqəmsallaşdırma prosesi gedir”.

Bunu bu gün TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev “Dərman təhlükəsizliyi və farmakonəzarət” mövzusunda çıxışında bildirib.

E.Quliyev deyib ki, yəqin ki, yaxın gələcəkdə rəqəmsallaşdırma tam başa çatdırıldıqdan sonra ölkədə dərman izləmə sistemi tətbiq olunacaq:

“Bundan sonrakı mərhələdə ölkədə elektron reseptə keçid həyata keçiriləcək, biz artıq kağız reseptlərə əlvida deyəcəyik. Dərmanlar elektron reseptlərlə təyin olunacaq, apteklərdən də dərman vasitələri elektron reseptlərlə alınacaq”.