Polis əri tərəfindən qətlə yetirilən Xanım Məmmədovanın övladlarından XƏBƏR VAR

0
400

Polis əri tərəfindən şöbədə qətlə yetirilən Xanım Məmmədovanın övladlarından xəbər var. 

Bu barədə onun qardaşı Aqil Əliyev məlumat verib. 

Qardaşının sözlərinə görə, uşaqlar babalarının yanındadırlar:

“Oğlunu Qaxda məktəbə qoymuşuq, qızı isə balacadır, bağçaya gedir. Mənim balaca qızımla birlikdə bağçaya qoyduq ki, başı qarışsın. Uşaqlar hələ hadisənin şokundan çıxmayıblar. Məsələ ilə bağlı çoxlu çəkilişlər aparıldı, uşaqları danışdırdılar.

Bacımın oğlunun 6 yaşı var, səlis danışır. Bu günə qədər hadisələr elə uşaqların gözü qarşısında baş verib. Dəfələrlə bacımı döydüyünü uşaqlar da deyib”.

Qeyd edək ki, sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin Post Patrul Xidmətinin serjantı İsmayıl Məmmədov xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı güllələyərək öldürüb. 

Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib və daxili işlər orqanlarından xaric edilib.