Azərbaycanda koronavirusa ən çox yoluxma hansı ərazilərdədir? – SİYAHI + FOTO

0
333

Azərbaycanda koronavirus xəstələrinin rayonlar üzrə dəqiq təsnifatı yayımlanıb. 

Koronavirusinfo.az xəbər verir ki, ən çox yoluxma 54,2 faizlə Bakıda qeydə alınıb.

Ümumi yoluxmanın 13,4 faizi Abşeronun, 12,1 faizi Aran rayonlarının, 7 faizi Gəncə-Qazax, 3,6 faizi Şəki-Zaqatalan bölgələrinin, 3 faizi Quba-Xaçmaz, 2,5 faizi Lənkəranın, 2,3 faizi Dağlıq Şirvanın, 1,5 faizi Yuxarı Qarabağın, 0,07 faizi Naxçıvanın payına düşüb.

Koronavirusa yoluxanların 0,4 faizini ölkə xaricindən gələnlər təşkil edir.

Yoluxanların 51 faizi qadın, 49 faizi isə kişilərdir.