“Facebook” yeni “ağıllı eynək”lərini təqdim etdi

0
334

“Facebook” yeni “ağıllı eynək”lər seriyasını təqdim edib.

Bu barədə şirkətin rəsmi saytından məlumat yayılıb.

Eynəklər “EssilorLuxottica” və “Ray-Ban” ilə birgə hazırlanıb.

“Ray-Ban Stories” adlanan texniki vasitə ilə foto və video çəkmək, mediafaylları paylaşmaq, musiqi dinləmək və zəng etmək mümkündür.

Eynəklər foto və 30 saniyəlik video çəkməyə imkan verən 5 meqapiksellik kamera, mikrofon, eləcə də dinamiklə təchiz olunub.

“Ağıllı eynək”lərin yeni seriyası 20 fərqli dizaynda satışa çıxarılıb. Onları onlayn şəkildə əldə etmək mümkündür.

Eynəklərin qiyməti 299 dollardan başlayır.