Paralimpiya Oyunları: 17 yaşlı üzgüçümüz mübarizəyə qoşulub – FOTO

0
352

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında ən gənc atletimiz mübarizəyə qoşulub.

17 yaşlı üzgüçümüz Dana Şandıbina SB13 kateqoriyasında 100 metr məsafəyə brass üsulu ilə yarışda qüvvəsini sınayıb.

Səkkizinci cərgədə mübarizə aparan Dana 1:24.51 dəqiqəyə finişə çatıb. O, səkkiz iştirakçı arasında beşinci olmaqla final mərhələsinə vəsiqə qazana bilməyib.

Qeyd edək ki, bu gün daha bir üzgüçümüz – Vəli İsrafilov (SB12) 100 metr məsafəyə brass üsulu ilə çıxış edəcək. O birbaşa finalda mübarizə aparacaq. Bu yarış Bakı vaxtı ilə saat 14:42-dən etibarən başlayacaq.