“Google” öz smartfonları üçün şarj cihazından imtina etdi

0
298

“Google” şirkəti öz smartfonlarını şarj cihazı olmadan komplektləşdirəcəyini açıqlayıb.

Bu barədə “The Verge” xəbər yayıb.

Şirkət bu yaxınlarda təqdim edilən büdcəli “Pixel 5a 5G” modelinin şarj bloku ilə birlikdə dəstləşdirilən son smartfon olacağını bəyan edib.

Payızda satışa çıxarılması gözlənilən flaqman “Pixel 6” və “Pixel 6 Pro”dan başlayaraq artıq şirkətin buraxacağı smartfonlar paketi şarj cihazsız olacaq.

Digər smartfon istehsalçıları kimi “Google” da imtinanı əksər istehlakçıların evində şarj adapteri olması ilə əlaqələndirib.

Şirkət bu addımın ekoloji faydalarını da xatırladıb.

Mütəxəssislər isə düşünürlər ki, “Google” bu qərarı verərkən ilk növbədə cihazların buraxılışına qənaəti əsas götürüb və bu, yeni reallıqdır.