Paşinyan: “Azərbaycanla sərhədin demarkasiyası üzrə işlərin gücləndirilməsi lazımdır”

0
356

Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib ki, delimitasiya və demarkasiya işlərinin gücləndirilməsi lazımdır.

Bu barədə “Sputnik Ermənistan” xəbər yayıb.

Ermənistanın hökumət başçısı həll edilməsi üçün daha çox vaxt tələb edən məsələlər olduğunu vurğulayıb.

“Ancaq yanaşma birmənalı olmalıdır – buna getmək”, – deyə o bildirib.

Paşinyan qeyd edib ki, kifayət qədər tez həll oluna biləcək məsələlərdən biri regionda kommunikasiyaların açılmasıdır.