Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə və Qarabağla bağlı danışıqlar aparmağa hazır olduğunu açıqlayıb.
Bu barədə news.ru saytı məlumat yayıb.
N.Paşinyan əlavə edib ki, Ermənistan ATƏT-in Minsk qrupundan konkret təkliflər gözləyir.
Ermənistan baş naziri həmçinin əlavə edib ki, İrəvan regional kommunikasiyaların açılması üçün Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin üçtərəfli komissiyasının işini bərpa etməyə hazırdır.