Boksçumuz Moskvada qələbə qazandı

0
346
Boksçumuz Moskvada qələbə qazandı

Peşəkarlar arasında keçirilmiş döyüşdə boksçumuz Fuad Tarverdi ilk qələbəsini qazanıb.

Əməkdar məşqçi Rəhim Allahverdiyevin yetirməsi Moskvada keçirilmiş döyüşdə qırğızıstanlı Saymik Mamadaliyevi üçüncü raundda texniki nokautla məğlub edib.

Qeyd edək ki, Fuad Tarverdi “Qızıl əlcək” idman klubunun üzvüdür.