Əlillik dərəcələri ilə bağlı qanunlara dəyişikliklər qəbul edildi

0
363
Əlillik dərəcələri ilə bağlı qanunlara dəyişikliklər qəbul edildi

Ondan çox deputat həmkarım çıxış etdi. Hər biri müəyyən təkliflər verdi. Əlbəttə, deputatlar, həmkarlarım müxtəlif təkliflər irəli sürə bilər. Ancaq elə çıxışlar oldu ki, sanki biz bir qapılı futbol oynayırıq və mən də qapıçıyam.

Bunu Milli Məclisdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişikliklə bağlı deputatların iradını cavablandıran Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O xatırladıb ki, qanun layihələrinin birinci müzakirəsi zamanı deputatlar etiraz etməyiblər. Deputat həmçinin həmkarı Sabir Rüstəmxanlının I oxunuş zamanı layihəni dəstəklədiyini xatırladıb.

Musa Quliyev təklif edib ki, gələn həftə Milli Məclisin ən böyük iclas zalında bu qanunun III oxunuşda müzakirəsi təşkil edilsin: “Həmin iclasda aidiyyəti nazirliyin nümayəndələri, hökumət üzvləri iştirak etsinlər. Yaranmış suallara da orada aydınlıq gətirilsin”.

Komitə sədrinin çıxışından sonra qanun layihələri səsə qoyularaq qəbul edilib.