Formula 1-in sıralama turu iki bolidin sıradan çıxması ilə başa çatdı – FOTO

0
359

Formula 1 üzrə Azərbaycan Qran Prisinin sıralama turu qəza ilə başa çatıb.

Sıralama turunda dördüncü dəfə qırmızı bayraq qaldırılıb.

Belə ki, “Ferrari”nin pilotu Karlos Sayns və “AlfaTauri”nin sürücüsü Yuki Tsunoda eyni anda 3-cü döngədə idarəetməni itirib. Hadisə sıralama turunun son saniyələrində baş verib. Bu səbəbdən az vaxt qaldığından tur dördüncü qırmızı bayrağın qaldırılması ilə avtomatik dayandırılıb.

Qeyd edək ki, buna qədər Daniel Rikkardo (“MakLaren”), Antonio Covinatsi (“Alfa Romeo”) və Lans Stroll (“Aston Martin”) qəza törətmişdi.

Sıralama turuna əsasən isə “Ferrari”nin pilotu Şarl Lekler yürüşü birinci pillədə başa vurub. O, 1 dəqiqə 41,218 saniyəlik nəticə ilə dövrədə hamını qabaqlayıb və sabah start xəttində birinci sırada olacaq. Lekleri Luis Hamilton (“Mercedes”) izləyib. Sıralamada ilk “üçlüy”ü Maks Ferstapen (“Red Bull”) tamamlayıb.

Qeyd edək ki, Formula 1 üzrə əsas yarış sabah keçiriləcək. Həmin mərhələ saat 16:00-da başlayacaq.