Mehriban Əliyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə paylaşım edib

0
374

Birinci vitse-prezident Mehriban Əliyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə paylaşım edib.

Paylaşımda deyilir:

“Bu gün – 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu nurlu, gözəl gün münasibətilə bütün balaları səmimi-qəlbdən təbrik edirəm! Yer üzündəki hər bir uşağa möhkəm cansağlığı, sevgi, xoş günlər, qayğısız uşaqlıq və xoşbəxt həyat arzulayıram! Uca Tanrı uşaqları bütün qada-baladan qorusun!