ABŞ istəyinə çatdı: AB rəhbərliyi ilə birgə…

0
543

ABŞ Avropa Birliyinin hərbi-sənaye layihələrində yalnız AB-nin rəhbərliyi ilə iştirak imkanı əldə edə bilər.

Bu barədə məlumat Avropa Birliyinin xarici işlər nazirlərinin bəyanatında yer alıb.

Qeyd edək ki, ABŞ bundan öncə Avropa Birliyinin müdafiə əməkdaşlığı proqramı olan PESCO-ya qarşı öz etirazını dilə gətirmişdi. Vaşinqton AB-nin bununla NATO-nun hərbi funksiyalarını təkrarladığını, AB və NATO arasında gərəksiz rəqabət yaratdığını bildirmişdi.