İNK-nın bir gündə üç rayonda görüşləri

0
531

Xəbər verdiyimiz kimi İctimai Nəzarət Koalisiyasının sədri,DAMM-nin I vitse-prezidenti, SİMİB rəhbəri Rasim Məmmədov bir gündə ölkəmizin üç rayonunda səfərdə olmuşdur.
İNK-nin Şirvan şəhər şöbəsinin sədrinin iştirakçı olduğu tədbirdə İcra Hakimiyyətinin rəhbəri ilə birlikdə araşdırılan problemlərin həllinin vacibliyini, günün tələbinə uyğun olmasını qeyd edən Rasim Məmmədov görülən işlərin ölkə prezidenti cənab İlham Əliyevin siyasi, ictimai fəaliyyəti mahiyyətinin tərkib hissəsi olmasını qeyd etmişdir.
İNK-nın qazilərə diqqətli yanaşması, onların problemlərinin həllində yaxından iştirak etməsi təşkilatın mənəvi,humanitar yardımı kimi qiymətləndirilmişdir.
Tərtər, Gəncə, Ağstafa rayonlarında şəhidlərin məzarını ziyarət,qazilərlə görüşlər, ictimai fəallarla geniş söhbət İNK-nın vətəndaş cəmiyyəti platforması kimi formalaşmasının əyani sübutudur.
Şəhid ailələrinə, milli qəhrəman ailələrinə, qazilərə yüksək diqqəti ilə seçilən İctimai Nəzarət Koalisiyası sağlam təməl üzərində qurulan bir ictimai birlik kimi daim problemləri olan vətəndaşların yanında olmuşdur.
“Məmur vətəndaşdan heç bir zaman üstün ola bilməz. Onlar hər zaman problemləri olan insanların yanında olmalıdırlar.”
Rasim Məmmədovun bu fikirləri bir daha xatırlatmaqla yanaşı məmurların sadə geyimi, sadə davranışı ilə öz missiyasını həyata keçirməyinin vacibliyini də vurğulamışdır.
İNK sədri eyni zamanda gənclərə qayğı və diqqətinin artırılmasının əhəmiyyəti ilə bağlı fikirlərini bildirmişdir.
“Artıq hər bir kəs müstəqil ictimai nəzarətçidir. Bu heç bir kəsə qanunun aliyindən uzaqlaşmaq səlahiyyəti vermir.
İNK-dakı gənclər burada toplanan nüfuzlu rəsmi şəxslərin fəaliyyətindən də nümunə götürməlidirlər.”
Rasim Məmmədovun Ulu öndər Heydər Əliyev ideyalarını, Respublika prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərini həyata keçirən İNK-nın fəaliyyətindən, gördüyü işlərdən söhbət açan “İlham Əliyev siyasətində ictimai nəzarət fəlsəfəsi” kitabında deyildiyi kimi, ictimai nəzarət demokratiyanın həyata keçirilməsinin bir forması, geniş kütlələrin, cəmiyyətin və dövlətin idarə olunmasına cəlb edilməsi üsulu,aşkara çıxarılan nöqsan və çatışmazlıqların aradan qaldırılmasının zəruri şərtidir.
Xalqın bütün təbəqələrinin bu mahiyyəti dərk etməsi, anlaması və tətbiq etməsi üçün İNK-nın İdarə heyəti təşkilatın bütün nümayəndəlikləri ilə birgə var-gücü ilə çalışmaqdadır.

Sənubər Qasımova,
İNK-nın mətbuat xidmətinin rəhbəri.