Nazir müəllimlərin maaşından danışdı

0
486

“Ötən dövr ərzində müəllimlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə bir sıra ciddi addımlar atılıb”.

Bu barədə Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları “Facebook” səhifəsində cavablandırarkən deyib. 

O bildirib ki, bir həftə bundan əvvəl əmək fəaliyyətinə başlayan və ondan sonrakı 3 il müddətində kənar rayonların təhsil müəssisələrində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə verilən kompensasiyanın məbləği 50 faiz artırılaraq, 60 manatdan 90 manata çatdırılıb:

“Bu da kompensasiya kimi veriləcək. Fevralın 5-dən isə müvafiq əmrlə bu artım daimi olacaq. Həmin o kompensasiya artımı nəzərə alınmaqla müəllimlərə veriləcək”.