Bakıda bu marşrutların hərəkət sxemləri dəyişdirildi

Bakıda 161 və 191 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ yolla təşkil edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi xəbər verir.

Məlumata görə, buna səbəb Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilməsidir.