Avstraliya sahillərində okeanın dərinliklərində elmə məlum olmayan yırtıcılar aşkarlanıb.
Daha əvvəllər bilinməyən yırtıcı süngər növlərini “Queensland” Muzeyinin alimləri tapıb.
Yeni canlı növlərinin Böyük Avstraliya Körfəzinin 3 km dərinliyində yaşadığı bildirilir.
Araşdırmanın məqaləsi “Science Media Exchange”də yayımlanıb.
Süngərlər dəniz suyunu süzərək qidalanan çoxhüceyrəli heyvanlardır, lakin yırtıcı növlər kiçik xərçəngkimilər kimi digər sualtı sakinlərini ovlamağa uyğunlaşıb.