Rusiyada baş vermiş qar uçqunu nəticəsində federasiya prezidenti həlak olub

0
389

Bu gün Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında baş verən qar uçqunu nəticəsində Dombay Dağ-Xizək və Snoubord Federasiyasının prezidenti Hacı Murad Marşankulov həlak olub.

Xəbəri mərhumun övladı Şamil Marşankulov da təsdiqləyib.

“Bəli, ölən mənim atamdır, federasiya prezidentidir. Onu xilas etmək mümkün olmadı. İndi gözləyirəm, meyitini aşağı düşürəcəklər”, – deyə Ş.Marşankulov bildirib