Noyabrın 7-də Şuşaya “İsgəndər” atdıq, amma… – Danielyan

0
376

44 günlük İkinci Qarabağ savaşı əsnasında sürəkli olaraq “Azərbaycan ordusu Şuşanı fasiləsiz bombalayır, raketlərlə vurur” açıqlamaları ilə çıxış edən Ermənistan rəsmilərinin ağ yalan danışdıqlarını elə özləri etiraf ediblər.

Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət idarəsinin sabiq rəisi Movses Akopyan müharibə günlərində erməni tərəfinin “İsgəndər” operativ-taktiki raket kompleksindən istifadə etdiyini demişdi. “Bilirəm ki, “İsgəndər”dən istifadə olunub, amma harada, hansı istiqamətdəki hədəfə qarşı – deyə bilmərəm”, – M.Akopyan söyləmişdi.

Ermənistandakı “Adekvad” siyasi hərəkatının lideri Artur Danielyan isə bəyan edib ki, Ermənistanın Müdafiə Nazirliyi “İsgəndər”dən noyabrın 7-də istifadə edib.

“Raket həmin gün səhər 09.00-da Şuşaya atılmışdı. Guya azərbaycanlı hərbçiləri vurmaq istəyiblər. Amma raket Şuşaya yox, şəhərin yaxınlığına, erməni hərbçilərin çox olduğu yerə düşüb”, – A.Danielyan bildirib.