Vətən müharibəsinin yeganə xanım şəhidinin büstü hazırlandı (FOTOLAR)

0
369

Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsinin ilk və tək xanım şəhidi hərbi tibb qulluqçu Arəstə Baxışovanın büstü hazırlanıb
Büstü gənc heykəltaraş Müstəqil Balayev hazırlayıb.
Qeyd edək ki, ki, Vətən müharibəsinin  tək şəhid xanımı olan Arəstə Baxışova Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində çalışıb. Hərbi tibb qulluqçusu çavuş Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb və oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.