Avropa Liqasında hansı komandalar mübarizəni davam etdirəcək? – ADLAR

0
316

Dünən keçirilən matçlarla UEFA Avropa Liqasının matçlarına yekun vuruldu.

Bəs hansı komandalar 1/16 finala vəsiqə qazandı?

Həmin komandaların adlarını təqdim edirik:

“Roma”, “Napoli”, “Milan” (hər üçü İtaliya), “Yanq Boyz” (İsveçrə), “Arsenal”, “Lester”, “Totenhem” (hər üçü İngiltərə), “Molde” (Norveç), “Bayer”, “Hofenhaym” (hər ikisi Almaniya), “Slavya” (Çexiya), “Reyncers” (Şotlandiya), “Benfika”, “Braqa” (hər ikisi Portuqaliya), PSV (Hollandiya), “Qranada”, “Real Sosyedad”, “Vilyareal” (hər üçü İspaniya), “Lill” (Fransa), “Makkabi” (Təl Əviv, İsrail), “Antverp” (Belçika), “Dinamo” (Xorvatiya), “Volfsberqer” (Avstriya), “Srvena Zvezda” (Serbiya).

Çempionlar Liqasından isə Avropa Liqasının final mərhələsinə qoşulacaq komandalar bunlardır:

“Zalsburq” (Avstriya), “Şaxtyor”, “Dinamo” (hər ikisi Ukrayna), “Olimpiakos” (Yunanıstan), “Ayaks” (Hollandiya), “Krasnodar” (Rusiya), “Bruqe” (Belçika), “Mançester Yunayted” (İngiltərə).

Bununla da İngiltərə klublarının sayı bu turnirdə dördə yüksəlib.

Qeyd edək ki, bu mərhələdə Ağdamın “Qarabağ” klubu da iştirak edirdi. Lakin komandamız koronavirus səbəbindən oynamadığı sonuncu matç istisna olmaqla, digər beş matçdan cəmi 1 xal toplayıb və sonuncu olub.