
UEFA-nın Avro-2020-yə azarkeşlərin buraxılıb-buraxılmayacağı ilə bağlı qərarını nə vaxt açıqlayacağı bəlli olub.
Bu barədə Avro-2020-nin təşkilat komitəsinin saytında məlumat yayılıb.
“Avropa çempionatının hansı ssenari ilə keçiriləcəyi barədə qərar 2021-ci ilin martın 5-də qəbul ediləcək”, – deyə təşkilat komitəsindən bildirilib.
Hazırda təşkilat dörd ssenarini müzakirə edir: stadionların tam doldurulması, 50-100 faiz azarkeş, 20-30 faiz azarkeş və azarkeşsiz.
Xatırladaq ki, turnir 11 iyun-11 iyul tarixlərində keçiriləcək.