ABŞ-da erməni silah baronu həbs olunub

0
475

ABŞ-da keçmiş aktyor Ara Dolaryan qanunsuz silah alveri, çirkli pulların yuyulması və cinayət niyyətli əlbirliklə əlaqədar həbs olunub.

“The Business Journal”ın yazdığına görə, bu barədə ABŞ prokuroru Makqreqor U.Skott açıqlama verib.

58 yaşlı erməni Şərqi Avropa və Cənubi Afrikadan Nigeriyaya milyardlarla dollar məbləğində partlayıcı materiallar, raketlər, odlu silahlar satmaqda şübhəli bilinir.

Bolqarıstan paytaxtında yaşayan Dolaryan qanunsuz əməllərini ABŞ-da mərkəzləşən “Dolarian Capital İnc” şirkətinin xətti ilə gerçəkləşdirib. Onun biznes tərəfdaşların Dolaryanın çay idxal-ixracı ilə məşğul olduğunu güman edib.

Ancaq sən demə, erməni “silah baronu” “T-72” Sovet tanklarından tutmuş raket qurğularına kimi hər cür silah satıb.

Federal hökumət hələ 2015-ci ildə onun hesablarından altı milyon dollar müsadirə edib. Daha sonra o, Federal Təhqiqatlar Bürosu tərəfindən  axtarışa verilib.