Badamdarda torpaq sürüşməsi oldu – FOTO

0
359

Bakının Səbail rayonunda yenidən torpaq sürüşməsi baş verib.

Hadisə Səbail rayonu Badamdar şosesinin ətrafındakı yamacda qeydə alınıb.

Yamacda baş verən sürüşmə nəticəsində torpaq axını aktivləşib. Torpaq axını yola tökülüb.

Xatırladaq ki, ərazidə bundan əvvəl də sürüşmə halları olub.