15 yaşlı futbolçu üçün 12 milyon avro verirlər

0
833
Fransanın “Lion” klubunun futbolçusu Rayan Çerki karyerasını İspaniyada davam etdirə bilər.
15 yaşlı hücumçu Madrid “Real”ının maraq dairəsinə düşüb.

“Kral klubu” yeniyetmə futbolçu üçün 12 milyon avro ödəməyə hazırdır. 2020-ci ilin yayına qədər müqaviləsi olan forvard əvvəllər “Çelsi” (İngiltərə) və “Milan”ın (İtaliya) da transfer siyahısında olub. Lakin “Lion” hər iki komandaya imtina edib.
FİFA qaydalarına görə, R.Çerki avqustun 17-də 16 yaşlı tamam olduqdan sonra Avropa İttifaqının digər ölkəsinə keçmək hüququna malikdir.
Qeyd edək ki, Fransanın U-16 yığmasının üzvü olan hücumçu UEFA Gənclər Liqasında qol vuran ən gənc oyunçudur. O, 15 yaş 1 ay 2 günlüyündə fərqlənib.