Şimali Koreya barədə DƏHŞƏTLİ FAKTLAR: prezidentin seks kölələri və raketlə PARÇALANAN QIZLAR – FOTO

0
672

Mətbuatda son aylarda Şimali Koreya haqqında məlumatlar tez-tez sayrışır və bu ölkənin liderinin kəskin bəyanatları səslənilir.

Koreya Xalq Demokratik Respublikası haqqında adi qərb vətəndaşında, biz də daxil olmaqla çox az məlumat var. Məlum olanlar əsasən nüvə silahı, hay-küylü paradlar, təcrid olunmuş cəmiyyət və ölkə əhalisinin yoxsulluğudur. Amma bəzi faktlar o qədər qeyri-adidir ki, onlara inanmaq ümumiyyətlə çətindir.

Bir neçə gün öncə gündəmi zəbt edən qızın – Cənubi Koreyaya qaçaraq, ölkə haqqında qalmaqallı bəyanatlar səsləndirməsi fonunda orada baş verən bir sıra qeyri-adiliklərə işıq salır.

Prezidentin seks kölələri və raketlə paramparça edilən hamilə qızlar

Bir neçə gün öncə yeni yaranmış qalmaqal dünya mətbuatının gündəmini zəbt edib. Ölkənin lideri Kim Çen Inın gözəl qızları seks köləsi kimi yanında saxladığı bildirilir. Bu barədə Cənubi Koreyaya qaçan və adını dəyişərək Hi Yeon Lim qoyan bir şimali koreyalı xanım məlumat verib. O, jurnalistlərə açıqlamasında ölkəsindəki anormallıqlardan danışıb. Vaxtilə Şimali Koreya ordusunda xidmət etmiş bir polkovnikin qızı olan Lim məhz üzləşdiyi zülmlərdən canını qurtarmaq üçün Cənubi Koreyaya sığınıb. Atası vəfat edən 26 yaşlı qız bildirib ki, İnın seks köləsi kimi saxladığı gözəl qızlardan hansısa hamilə qalan kimi, onları zenit raketilə paramparça edir.

Koreya Xalq Demokratik Respublikası – dünyanın ən hərbləşdirilmiş ölkəsi

Qonşu kapitalist Koreyası ilə çoxillik qarşıdurma Koreya Xalq Demokratik Respublikasını totalitar hərbləşdirilmiş dövlətə çevirdi. Güc strukturlarının əməkdaşları da daxil olmaqla, əgər bütün hərbi qulluqçuları hesaba alsaq, o zaman Şimali Koreya ən hərbləşdirilmiş ölkə kimi dünyada əminliklə birinci yeri tutur. Burada hər üçüncü şəxs uniforma daşıyır. Cinsindən asılı olmayaraq hamı xidmət keçir: kişilər 10 illik çağırılırlar, qadınlar isə 5 illik.

İki Koreya arasındakı odlu müharibənin dayandırılmasından 60 ildən çox vaxt keçməsinə baxmayaraq, Şimal və Cənub arasında sərhəd indiyə qədər “partlayış təhlükəsi olan” ərazi sayılır. Burada o qədər böyük hərbi güc cəmlənib ki, 238 kilometrlik sərhəd zolağı planetdə ən hərbləşdirilmiş ərazi sayılır.

Dünyanın ən böyük stadionu Şimali Koreyadadır

Pxenyanda (KXDR-in paytaxtı) dünyada ən böyük stadion yerləşir. 150 min tamaşaçı tutumuna malik olan bu möhtəşəm tikilini süni doldurulmuş adada ucaldıblar. “1 may” adlandırılan stadion futbol oyunlarından əlavə, bayramlar, partiya rəhbərinin xalqla görüşü və 10 minlərlə artistin iştirak etdiyi mötəbər tədbirlərə ev sahibliyi edir.

KXDR-də elektrik enerjisinə qənaət edə bilirlər

Enerji resurslarlarının az olması və zəif iqtisadiyyat ona gətirib çıxardı ki, Şimali Koreyada elektrik enerjisi çox az istehsal edilir. Kosmosdan çəkilən gecə şəkillərindən görünür ki, qonşu Çin və Cənubi Koreya ilə müqayisədə ölkə hər gün qaranlığa qərq olur. Rəsmi təbliğat diktə edir ki, insanlara çox elektrik lazım deyil, axı gecələr yatmaq lazımdır… Daimi işıqlandırma yalnız paytaxtda olur, başqa şəhərlərdə isə işığı vaxtaşırı qoşurlar.

Avtomobili yalnız seçilmişlər ala bilər

Hələ 1950-ci illərdə Şimali Koreyada avtomobillər istehsal olunurdu. Əvvəlcə bunlar, sovet modellərinin lisenziyalı surətləri idi, sonradan burada “Fiat”, “Mercedes-Benz”, “Toyota”nın şəxsi versiyalarını yığmağa başladılar. Ölkədə maşınlar həddindən artıq azdır. Hazırda idxal faktiki olaraq yoxdur və “Pyeonghwa Motors” avtoistehsalçısı il ərzində ancaq bir neçə min avtomobil istehsal edir.

Avtomobilləri özlərinə yalnız ən yüksək dövlət məmurları və hərbi rütbəli şəxslər rəva bilə bilərlər. Nəticə etibarı ilə, böyük şəhərlərdə hətta istənilən geniş prospektləri sola və sağa baxmadan keçmək olar.

Şimali Koreya – mükəmməl mənzərələrin ölkəsidir

Bütün neqativlərə baxmayaraq, təbiət bu ölkəni əsrarəngiz gözəllliklərlə mükafatlandırıb. Şimali Koreyada havanın təmiz olması və ekologiyanın təbii qalması həm də sənayenin zəif inkişafı ilə əlaqədardır.

Şimali Koreyada saç düzümlərinin yalnız müəyyən edilmiş növlərinə icazə verilib

Müasir modapərəstlər Şimali Koreyada istənilən bərbərxanaya baş çəksələr çox təəccüblənərdilər. Divarda sifariş edilməsi mümkün olan saç fasonlarının şəkilləri asılır. Bu hal ustaların bacarıqsızlığı ilə əlaqəli deyil, ölkə rəhbərliyi saç düzümlərinin seçimini məhdudlaşdırıb. Kişilər üçün yalnız 10 variant əlçatandır, qadınlar üçün isə 18.

Göy cins şalvarlar geyinmək qadağandır

Çuçxe – yerli kommunist ideologiyası qərb kapitalizmi ilə dabandabana ziddir. Bir sıra adi predmetlərə qadağalar daxil edilib, məsələn, cins şalvarlara. Koreyada onları tapmaq demək olar ki, mümkün deyil. Əgər kimsə bu qadağanı pozarsa, o zaman həmin şəxs əmək düşərgəsinə sürgün edilə bilər.

Şimali Koreyanın özünəməxsus əmək düşərgələri var

İstənilən dövlətdə olduğu kimi, Şimali Koreyada da cəza sistemləri mövcuddur. Lakin cəza metodlarının unikallığı odur ki, insanları kiçik səhvlərinə görə əmək düşərgələrinə göndərirlər. Burada onları ağır iş və kasad qidalanma gözləyir. Bura düşmək üçün uğursuz zarafat etmək, yaxud yuxarıda qeyd etdiyimiz kimi sadəcə cins geyinmək kifayətdir.