Rusiya Tartusu 49 illik icarəyə götürür

0
668

Rusiya Suriyanın Tartus dəniz limanını 49 illik icarəyə götürəcək.

Bu barədə baş nazirin müavini Yuri Borisov Vladimir Putinin Bəşər Əsədlə görüşünün nəticəsini şərh edərkən bildirib. O deyib ki, növbəti həftə bununla bağlı müqavilə imzalanacaq. Tartus Rusiya biznesinin istismarına veriləcək. Bununla bağlı qərar hələ 2018-ci ilin dekabrında qəbul olunub.

Xatırladaq ki, 2017-ci ildə Rusiya ilə Suriya arasında Tartusda 49 il ərzində Rusiya Hərbi Dəniz Donanmasının lojistik stansiyasının yerləşdirilməsi barədə razılaşma əldə etmişdilər.