Türkiyədə evlilik vədi ilə dələduzluq edən azərbaycanlı qadın ələ keçdi

0
658

Türkiyənin Kütahya şəhərində aralarında azərbaycanlı qadının da olduğu üç nəfərlik dəstə ələ keçib.

Onlar Simav rayon sakininə qarşı dələduzluq etməkdə ittiham olunurlar.

Belə ki, dəstə üzvləri telefon vasitəsilə həmin şəxslə əlaqə saxlayıb və ondan azərbaycanlı qadınla evlilik qarşılığında 7500 lirə (1860 AZN – red.) pul istəyib.

Pulu aldıqdan sonra dəstə üzvləri aradan çıxıb. Polis şikayət əsasında həmin şəxsləri ələ keçirib.