Azərbaycanda icra başçısının biznesinə nəzarət edən şəxs qəzada öldü – FOTO

0
321

Mayın 28-də, saat 17 radələrində Füzuli rayonunun Babı kəndi ərazisində 3-cü Zobucuq qəsəbə sakini Fuad Əliyev idarə etdiyi “VAZ-21214” markalı avtomobili aşırıb.

Qəza nəticəsində F.Əliyev hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

Füzuli Rayon Polis Şöbəsi tərəfindən faktla bağlı araşdırma aparılır.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, F.Əliyev rayon icra başçısının taxıl sahələrinə və qoyunçuluq fermalarına nəzarət edib. O, Füzulidə Fedya kimi tanınıb.