Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 249 mənzilin satışı iyunun 30-u saat 11-də başlayacaq.
Yatış iyulun 7-si saat 11-dək davam edəcək.
Gözləmə qaydasında mənzillərin seçimi isə iyulun 3-dən 7-dək olacaq.
Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir.
Satışa çıxarılan bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, eləcə də su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bir otaqlılar üçün aylıq ödəniş 138-143, 2 otaqlılar üçün 182-230, 3 otaqlılar üçün isə 245-268 manat arasında dəyişəcək. Vətəndaşlar Hövsan Yaşayış Kompleksinin hovsan.mida.gov.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin və otaqlarının dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar apara bilərlər.