70 yaşını qeyd edən Xalq artisti

0
401

Bu gün Azərbaycanın görkəmli gülüş ustası, xalq artisti Arif Quliyevin doğum günüdür.

Saysız-hesabsız film və televiziya tamaşalarında müxtəlif obrazlar yaratmış, tamaşaçıların üzünü güldürən sənətkar ad gününü ailəsi və nəvələri ilə keçirdiyini bildirib:

“70 illik yubileyimi Aktyor evində qeyd etməyi düşünürdük. Amma ölkəmizdə karantin rejimi tədbiq edildiyi üçün bunu edə bilmədik. Qismət…

Əsas odur ki, ailəm, doğmalarım və sevdiklərimlə bir yerdəyəm. Onların əhatəsində 70 yaşımı qeyd edirəm.

Bazar ertəsi SMS xidməti ləğv olunur, nəvələrimi götürüb gəzintiyə çıxacağam.

Özümə cansağlığı və yaradıcılıq uğurları arzu edirəm. İnsan üçün bu həyatda cansağlığından şirin heç nə yoxdur. Təki Allah sağlamlığımla bağlı məni sınağa çəkməsin”.