Azərbaycanda 21 günlük körpə sarılıqdan öldü

0
380

Azərbaycanda 21 günlük körpə sarılıqdan öldü

Azərbaycanda yeni doğulan körpə ölüb.

Aprelin 19-da Gəncə Perinatal Mərkəzində doğulmuş Babayev Sirac Elnur oğlu anası ilə birlikdə evə buraxılıb.

Lakin sonradan uşağın səhhətində problem yaranıb.

Mayın 9-da ailəsi körpəni Gəncə şəhəri 2 saylı Uşaq Poliklinikasına aparıb. S.Babayevə “dəqiqləşdirilməmiş neonatal sarılıq” diaqnozu qoyulub. O, sonradan müalicə olunduğu xəstəxanada vəfat edib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.