DİN-dən iş adamının silahının itməsi ilə bağlı – RƏSMİ AÇIQLAMA

0
308

DİN-dən iş adamının silahının itməsi ilə bağlı - RƏSMİ AÇIQLAMADaxili İşlər Nazirliyi “İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərova məxsus tüfəngin itməsi barədə məlumata münasibət bildirib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan  bildirilib ki, “İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərov may ayının 12-də İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, bir müddət əvvəl özünə məxsus “MLS 2121” markalı tüfəngin naməlum şəraitdə itməsi barədə məlumat verib.
Hazırda RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar davam etdirilir.