Bakının bu ərazisində qaz yoxdur

0
308

Bakının Nizami rayonu ərazisində qazın verilişi dayandırılıb.

Nizami rayonu C.Naxçıvanski 39 ünvanında yaşayan sakinlərin sözlərinə görə, səhər saat 09:00-dan etibarən təbii qazın verilişi dayandırılıb.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Ceyhun Səfər  açıqlamasında bildirib ki, sözügedən ərazidə qəza baş verib:

“Paytaxtın Nizami rayonu ərazisindən keçən diametri 325 mm olan yeraltı qaz kəmərində sızma baş verib. Təhlükəsizlik məqsədilə Nizami rayonunda bir neçə prospekt və küçədə təbii qazın verilişi dayandırılıb. Yaranmış problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Günün ikinci yarısında təmir işləri yekunlaşdıqdan sonra əraziyə təbii qazın verilişi bərpa ediləcək”.