Bakıda bu bazarda pozuntular aşkarlandı – VİDEO

0
353

Bir neçə gündür ki, SMS icazələrin müddətinin uzadılması ilə əlaqədar Bakı bazarlarında alıcıların sayı artıb.

Bazarların kənarındakı mağazalarda, piştaxtaların qarşısında sıxlıq müşahidə olunur.

Həm sıxlığın, həm də satıcıların işləmək üçün icazələrinin olub-olmamasını yoxlamaq məqsədilə 8-ci kilometr bazarında Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən reyd keçirilib.

İşləmək üçün icazəsi olmayanlara polis əməkdaşları tərəfindən protokol yazılıb.