Deputatların istirahəti “pozula” bilər

0
460

Milli Məclisin növbədənkənar sessiyaları keçirilə bilər.

Növbədənkənar iclasların keçirilməsi bəzi yarımçıq qanun layihələrinin müzakirəsinin yekunlaşmaması ilə bağlıdır.

Həmin qanun layihələrinin təcili qəbulu gözlənilir ki, bunun da qısa zamanda – mayın 31-dək  reallaşması mümkün görünmür

Qeyd edək ki, parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı da dinlənilməyib.

Üstəlik, 2019-cu ilin büdcəsinin icrasına nəzarətlə bağlı da qanun layihəsi parlamentə hələ daxil olmayıb.

Bunları nəzərə alsaq, söyləmək olar ki, parlament may ayının 31-dək yaz sessiyasını bitirə bilməyəcək.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Bundan sonra deputatlar tətilə çıxırlar.

Lakin bu il martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclası keçirilməklə parlamentin yaz sessiyası açıq elan olundu.

Yaz sessiyasının qanunda nəzərdə tutulduğundan gec başlaması isə fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar idi.

Onu da bildirək ki, Milli Məclisin payız sessiyası öz işinə sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir.