Marketlər nə qədər təhlükəsizdir? – MARAQLI AÇIQLAMA

0
560

Koronavirus, xəstəliyi olan bir insanın öskürərək havaya zərrəciklər saçması ilə yayılır. Bu zərrəciklərin inhalyasiyası və ya düşdükləri səthlərə toxulması infeksiyaya səbəb olur.

London Gigiyena və Tropik Xəstəliklər fakultəsinin professoru Sali Bloomfield marketlərin virusun yayılması üçün “ideal bir yer” olduğunu söyləyərək ən böyük problemin insanların əlinin dəydiyi paketlərə toxunmaq olduğunu bildrib.
İngiltərəli professor “Bir çox insan rəflərdəki məhsullara, kassada aldıqları məhsulların qoyulduğu yerə, bank kartlarına və alış-veriş qəbzlərə toxunur. Hələ digər insanlara çox yaxın bir məsafədə (ən az iki metr) olduğumuzdan danışmıram” deyib.
Mütəxəssislərə göre, bu riski azaltmağın bəzi yolları var:
1. Alış-verişdən əvvəl və sonra əllərinizi 20 saniyə sabunla yuyun, ya da dezinfeksiya edin. 
 
2. Toxunduğunuz hər yerdə virus varmış kimi düşünün. Yəni alış-veriş səbətlərinə, paketlərə və aldığınız məhsullara toxunduqdan sonra üzünüzə toxunmayın.
 
3. Təmassız ödənişə üstünlük verin. 
 
4. Koronavirusun yeməklə yoluxduğuna və yeməklərin yaxşı bişirilməsinin virusu öldürəcəyinə dair bir dəlil yoxdur. Buna görə, yemək bişirmə qaydalarına diqqət etmək məsləhətdir.