Sumqayıt teatrının rəhbərliyi də nəcib təşəbbüsə qoşulub

0
512

Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi bəşəriyyətin bəlasına çevrilən COVID 19- koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə nəcib tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə qoşulub.
Teatrın mətbuat xidmətindən  bildirib ki, teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov və baş rejissor, Xalq artisti Firudin Məhərrəmov bir aylıq əmək haqlarını ölkə başçısının müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.