Novruz bayramı ilə bağlı UNİKAL TƏKLİF: Elə şouya çevirirlər ki… – VİDEO

0
515

Novruz bayramı ilə bağlı UNİKAL TƏKLİF: Elə şouya çevirirlər ki... - VİDEO

Tanınmış yazıçı, kulturoloq Aydın Xan Novruz ərəfəsində bayramın özəllikləri, bərpaedici və faydalı təsirləri, eyni zamanda unudulan adət-ənənələri barədə mühüm açıqlamalar verib.

Ekspert Novruzu yalnız bayram deyil, məişət hadisəsi adlandırıb:

“Qədim Midiyadan bu günə qədər qışda yığılan mikroblardan, viruslardan və xəstəliklərdən təmizləmək üçün insanlar çox böyük ayinlər həyata keçirərdi. Bu ayinlər hər həftə edilərdi. Həftələr öncəsindən bayrama hazırlıqlar, həyət-bacada təmizlik işlərinə başlanardı. Kimsə daxmasını, kimsə də sarayını başdan ayağa qədər təmizləyirdi. Qışın xəstəlikləri, toz-torpağı və mikrobları təmizləndikdən sonra həyətlərdə güllər əkilərdi.

İlaxır çərşənbələrdə və yalançı çillədə isə hansı kənd təsərrüfatı məhsullarını əkmək və daha çox məhsul əldə etmək haqqında düşünürdülər. Çünki Novruz bütövlükdə yalnız Bahar bayramı deyil, həyat tərzimizi, əkinçiliyimizi, dünyagörüşümüzü, baba və nənələrimizin ilkin intellektual bilgilər toplusunu özündə ehtiva edən məişət hadisəsidir. Ümumiyyətlə, Novruz farsın və ya türkün deyil, Orta Şərqin ümumbəşəri bayramıdır”.

Kulturoloq bayramı ölkəmizdə karnaval səviyyəsində qeyd etmək təklifi ilə çıxış edib: “İranda və Türkiyədə Novruz bizdəki kimi təmtəraqlı keçirilmir. Biz bu faktdan istifadə edib Novruzu Azərbaycanda karnaval səviyyəsində qeyd etməli və beynəlxalq turistləri cəlb etməliyik”.