Anasını itirən aktrisadan ürəkdağlayan sözlər: “Yetimlik nədir bilmədik”

0
458

 

Anasını itirən aktrisadan ürəkdağlayan sözlər: “Yetimlik nədir bilmədik”

“Sənin üçün o qədər darıxıram ki, ay ana. Nə desəm, azdır. Adam istəyir ki, dərdini əlinə alıb gəzsin, bəlkə sakitləşdi. Dünyanın ən gözəl anası. Sayəndə yetimlik nədir bilmədik. Bizə həmişə deyərdin ki, adam atadan yox, anadan yetim qalır. Qaldıq yetim… Nə gözəl ana idin”.

Bu sözləri “Ata ocağı” serialında çəkilən Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanova instaqramda yazıb. Bir neçə gün əvvəl anasını itirən məşhur acısını sosial şəbəkədə dostları ilə bölüşüb:

“Ömrünü bizə sərf etdin, həm atamız, həm anamız oldun. Hər şeyimiz oldun. Gələcəkdə övladlarım olsa, səndən keçmiş zaman kimi danışacam, buna çox üzülürəm. Mənə hər şey oldun. Sevgin o qədər böyük idi ki, heç kəsin sevgisi məni qane etmirdi. Səni çox sevirəm. Bundan sonra dünya yansa üzülmərəm. Kimə nə olsa, yanmaram. Mənim üçün bu dünyada ən dözülməz dərd anamı itirmək idi. Od düşdüyü yeri yandırır. Çox darıxırıq sənsiz… Ölənə qədər darıxacam. Səni həmişə çox sevəcəm. Yaxşı ki, doğulmusan, anamız olmusan. İndi Laləni hər öpəndə, qucaqlayanda sən Laləni öpmüş, qucaqlamış kimi hiss edəcəm”.

Məlumat üçün bildirək ki, aktrisanın anası 35 ildən çox Sumqayıt Mədəniyyət evinin rəhbəri vəzifəsində çalışıb.