Cüdoçumuz Polşada medal qazandı – VİDEO

0
423

Polşanın paytaxtı Varşavada kişi və qadın cüdoçular arasında Açıq Avropa turniri start götürüb.

Yarışda Azərbaycanı 11 kişi və 7 qadın tatami ustası təmsil edir. İlk yarış günündə yalnız Yaşar Nəcəfov fəxri kürsüyə yüksəlməyi bacarıb. 60 kq çəki dərəcəsində yer alan 20 yaşlı idmançı bürünc medal qazanıb.

Nəcəfov ardıcıl olaraq, macarıstanlı Çaba Sabo və fransalı Rişar Verqneni mübarizədən kənarlaşdırsa da, 1/4 finalda monqolustanlı Sumiyabazar Enxtayvana uduzub. Təsəlliverici görüşdə o, italiyalı Andrea Karlinonu, üçüncü yer uğrunda qarşılaşmada isə ispaniyalı Xusto Nunyes Rodrigesi məğlub etməyi bacarıb.

Qeyd edək ki, Açıq Avropa turnirinə martın 1-də yekun vurulacaq.