Bu ölkədə ictimai nəqliyyat pulsuz oldu – Dünyada ilk dəfə

0
449

Bu gündən etibarən Lüksemburqda bütün ictimai nəqliyyat vasitələri pulsuz olub.

Bu məlumatı “Doyçe Velle” yayıb.

Məlumata görə, qərar bütün ölkə ərazisində tətbiq ediləcək. Bu addımın Luksemburq yollarını Almaniya, Fransa və Belçikadan gələn avtomobillərdən xilas etmək üçün atıldığı vurğulanıb.

İctimai nəqliyyatın tam pulsuz fəaliyyətinin təmini üçün Luksemburq büdcəsindən 41 milyon avro cəlb edəcəyi qeyd edilib.