Azərbaycanın daha 4 vətəndaşı Gürcüstanda xəstəxanaya yerləşdirildi

0
343

“Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus ehtimalı ilə 10 pasiyent yerləşdirilib”.

Bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin beşi İtaliyadan gəlib: “Onlardan biri İtaliya, dördü Gürcüstan vətəndaşıdır. Beş nəfər isə İrandan gələn şəxslərdir və onların biri Gürcüstan, dördü isə Azərbaycan vətəndaşıdır”